Məxfilik Siyasəti

1. Giriş və Əsas Anlayışlar

1.1 "SİMİC APP" MMC (bundan sonra "şirkət") AlfinX platforması (bundan sonra "platforma") vasitəsiylə onlayn həllər əldə edən abunəçilər və istifadəçilərə (bundan sonra "tərəfdaş") məxsus fərdi məlumatları əldə edir və emalını həyata keçirir. Bu Məxfilik Siyasəti (bundan sonra "siyasət") həmin fərdi məlumatların əhatəsini, əldə edilmə məqsədlərini, istifadə əsaslarını, tərəfdaşların hüquqlarını və digər əlaqəli məsələləri özündə təsbit edir.

1.2 Fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşa və ya dolayı şəkildə müəyyənləşdirməyə imkan verən istənilən məlumat nəzərdə tutulur.

1.3 Fərdi məlumatların emalı dedikdə fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur.

1.4 Şirkət tərəfdaşlarla bağlı bütün məlumatları idarə edən yeganə informasiya idarəedicisidir. Şirkət informasiyasının necə, nə üçün və harada istifadə olunması ilə bağlı qərarları qəbul edir, xidmətlərin kompleks formada göstərilməsi məqsədilə həmin məlumatları informasiya ehtiyatında saxlayır və təhlükəsizlik baxımından mühafizə edir.

1.5 Tərəfdaşların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən fərdi məlumatların şirkətə aid informasiya ehtiyatından silinməsini tələb etmək hüququ vardır.

2. Şirkət haqqında

2.1 Şirkət tərəfdaşlarına onlayn Süni İntellekt və API istifadəsi xidmətlərini (bundan sonra "xidmətlər") təqdim edir.

2.2 Bu xidmətlərin və əlavə funksiyaların icrası, platforma vasitəsilə həyata keçirilir.

3. Fərdi məlumatların emal edilmə prinsipləri və Məxfilik Siyasətinə razılıq

3.1 Tərəfdaşlar qeydiyyatdan keçərkən elektron qaydada təsdiq ilə Məxfilik Siyasətini qəbul edir və bununla şirkət tərəfindən xidmətlərin təqdim olunması, zəruri məlumatların yığılması və emal edilməsinə razılıq verir.

3.2 Şirkət fərdi məlumatların emalını aşağıda göstərilən əsaslarla icra edəcəkdir:

3.2.1 Müəyyən, şəffaf məqsədlərlə və qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə;

3.2.2 Əldə edildiyi məqsədlərlə əlaqəli və həmin məqsədlərlə məhdud istifadə;

3.2.3 Müvafiq qanunvericilikdə təsbit edilən çərçivədə, əldə edilmə məqsədləri ilə müəyyənləşdirilən müddət ərzində istifadə və mühafizə.

4. Fərdi məlumatların emal edilməsi məqsədləri

4.1 Şirkətin hüquqi öhdəliklərinin hərtərəfli icrası üçün tərəfdaşlara aid fərdi məlumatlardan istifadəyə dair məqsədləri:

4.1.1 Qüvvədə olan qanunvericilik aktlarının və əlaqəli dövlət orqanlarının tələblərinin təmin edilməsi;

4.1.2 Elektron hesabların təhlükəsizliyinin təmin edilməsi;

4.1.3 Mövcud və ehtimal olunan mübahisələrin yaranmasının qarşısının alınması;

4.1.4 Digər tərəfdaşlar qarşısında öhdəliklərin tam və hərtərəfli icra edilməsi;

4.1.5 Statistik hesabatların hazırlanması, araşdırma və analizlərin həyata keçirilməsi;

4.1.6 Şirkət tərəfindən təqdim edilən xidmətlər üzrə keyfiyyətin artırılması;

4.1.7 Daxili yoxlamaların icra edilməsi;

4.1.8 Şirkətin mənafelərinin təmin edilməsi.

4.2 Bundan əlavə, tərəfdaşlar bu siyasət ilə sorğularına cavab verilməsi məqsədilə, xidmətlərlə bağlı və digər əlaqəli yeniliklərin onlara təqdim olunması üçün lazımi məktubların elektron poçt ünvanlarına göndərilməsinə, bildirişlərə və telefon nömrələrinə zəng edilməsinə və SMS göndərilməsinə razılıq verirlər.

4.3 Bu siyasət şirkət tərəfindən yığılan informasiyalara şamil olunur. Bu zaman tərəfdaşların fərdi məlumatların doğruluğu onların özündən asılıdır və doğruluğuna dair məsuliyyəti özləri daşıyırlar. Yanlış qeyd olunmuş informasiya, o cümlədən elektron poçt ünvanı, şirkətin tərəfdaşları ilə əlaqə yaratmasına mane ola bilər.

4.4 Əgər şirkətin məlumatların yığılmasına dair siyasəti tərəfdaşları qane etmirsə, tərəfdaşlar məlumatların yığılması üçün verdiyi razılıqları geri ala bilərlər. Bu siyasət və siyasət üzrə razılıq, şirkətin məlumatları yığması üçün əsas qanuni bazadır. Tərəfdaşlar həmçinin fərdi məlumatların emal edilməsinə, üçüncü şəxslərə ötürülməsinə, emal edilmənin əvvəlcədən müəyyənləşdirilmiş məqsədlərə uyğun istifadəsinə dair məlumat əldə edə, qüvvədə olan qanunvericiliyə və məqsədlərə zidd şəkildə emal ilə bağlı isə etiraz edə bilərlər.

4.5 Tərəfdaşlar bilməlidirlər ki, şirkətin platformasından istifadə zamanı onların elektron cihazlarına elektron platformalardan istifadənin təmin edilməsi məqsədilə kukilər yerləşdirirlər. Bu siyasətə razılıq verməklə tərəfdaşlar həmçinin şirkət tərəfindən kukilərin yerləşdirilməsinə də razılıq verirlər.

4.6 Şirkət əldə etdiyi fərdi məlumatları sadəcə tətbiqlərdən və xidmətlərdən istifadə ilə bağlı, məhdud müddət ərzində, nəzərdə tutulan məqsədlərə çatmaq üçün saxlayır, həmin müddətlərin başa çatması ilə fərdi məlumatların saxlanmasına əsas olacaq heç bir səbəb qalmadıqda Fərdi Məlumatlar haqqında qanunun 9.4-cü maddəsində nəzərdə tutulan qaydada tərəfdaşlara aid məlumatları məhv edir.

5. Məxfilik Siyasətinin əhatə dairəsi

Aşağıda qeyd edilən fərdi məlumatlar şirkət tərəfindən yığılır və emal edilir:

5.1 Şəxsi məlumatlar – Xidmətlərdən istifadə edən şəxslərin ad, soyad, elektron poçt, telefon nömrəsi kimi məlumatları yığılaraq emal edilir;

5.2 Xidmətlərin təqdim olunması – şirkət tərəfdaşların təhlükəsizliyi və digər öhdəliklərinin hərtərəfli icrası məqsədilə tərəfdaşların xidmətlər ilə bağlı etdiyi əməliyyatların məlumatlarını yığır və emal edir;

5.3 Şirkət ilə yazışmalar və danışıq məlumatları – Xidmət keyfiyyətinin inkişafı, həmçinin şikayətlərin araşdırılması və mübahisələrin aradan qaldırılması məqsədilə şirkət elektron poçt, telefon danışığı və digər vasitələrlə tərəfdaşlarla kommunikasiya üzrə məlumatları yığır və emal edir;

5.4 Elektron məlumatlar – Xidmətlərdən, platformadan istifadə zamanı səhifələrə daxil olma ardıcıllığı, istifadə edilən cihaz, həmin cihaza dair daxili məlumatlar, IP adresi, əməliyyat sistemi və brauzer proqramı məlumatları şirkətə məxsus serverdə yadda saxlanılır. Bu məlumatlarla bağlı məhdudlaşdırmaları tərəfdaşlar öz cihazları daxilində tənzimləyə bilərlər.

5.5 İstifadəçi məlumatları – şirkət platformada qeydiyyatdan keçən şəxslərin istifadəçi adı, telefon nömrəsi, ad, soyad, elektron poçt, qeydiyyatdan keçmə tarixi və şifrələri haqqında məlumatları təhlükəsizlik məqsədləri ilə toplayır və saxlayır.

5.6 Hüquqi sənədlər üzrə məlumatlar – şirkət tərəfdaşların ödəniş proseslərini üçüncü tərəf ödəniş prosessorları vasitəsilə təhlükəsiz şəkildə idarə edir.

5.7 Şirkət tərəfdaşlarına xidmətlərdən daha tez xəbərdar olmaları üçün bildirişlər göndərə bilər.

5.8 Şirkət tərəfdaşlarının fərdi məlumatlarından istifadə etdikdə özünün maraqlarına uyğun davranacaqdır.

5.9 Şirkət yığılan məlumatların həssaslığını anlayır və bu səbəbdən məlumatların emalı zamanı konfidensiallığı qorumağa və əməkdaşlıq etdiyi üçüncü şəxslərin bu siyasətdə nəzərdə tutulan qaydalara uyğun davranmalarına nəzarət edir.

5.10 Tərəfdaşların fərdi məlumatlardan istifadə ilə bağlı etirazları olduqda, bunu əsaslandırmaqla şirkətdən məlumatlardan istifadənin dayandırılmasını tələb edə bilərlər.

5.11 Əgər tərəfdaşlar təqdim etdikləri məlumatların səhv olduğunu güman edirsə və ya məlumatlarında dəyişikliklər olarsa, şirkət ilə əlaqə saxlayaraq məlumatlarda düzəliş edə bilərlər. Fərdi məlumatlarda düzəliş etmək üçün tərəfdaşlar şirkət tərəfindən təqdim edilın elektron poçtuna yaza bilərlər.

6. Fərdi məlumatların əldə edilməsinin əsas məqsədləri

6.1 Şirkət tərəfindən təqdim edilən yeniliklər barədə tərəfdaşların məlumatlandırılması;

6.2 Zərurət yaranarsa, dövlət orqanlarına dəstəyin göstərilməsi;

6.3 Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə məxfi şəkildə statistik təhlillərin, bazar araşdırmalarının aparılması və tərtib edilməsi;

6.4 Tərəfdaşların elektron hesabların yaradılması və idarə edilməsi;

6.5 Tərəfdaşlarla şirkət arasında kommunikasiyasının daha da yaxşılaşdırılması, xidmətlərin və elektron platformanın inkişafı;

6.6 Satınalmalar, xidmətlər, sifarişlər, ödənişlər və şirkət ilə əlaqəli digər əməliyyatların idarə edilməsi;

6.7 Şirkətin mobil tətbiq və platformasından istifadə edən şəxslər üçün xidmətlərin daha da fərdiləşdirilməsi, səmərililiyinin artırılması və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;

6.8 Hüquqazidd əməliyyatlar, dələduzluq və bu kimi digər cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması.

7. Fərdi Məlumatların ötürülməsi

7.1 Texniki dəstəyin göstərilməsi, xidmətlər barədə məlumatların çatdırılması, istifadə edilən tətbiqin vaxtında yenilənməsi, şirkətin tərəfdaşlarla əlaqə saxlaması, müraciətlərə cavab verilməsi və sair xidmətlərin göstərilməsi üçün zəruri hərəkətləri həyata keçirir. Şirkət bu zəruri hərəkətlərin həyata keçirilməsi, o cümlədən araşdırma məqsədləri üçün, tətbiq ilə əlaqədar yenidənqurma işlərini həyata keçirən zaman əməkdaşlıq etdiyi üçüncü şəxslərə tərəfdaşlara aid olan fərdi məlumatları müvafiq məqsədlər, qanunvericiliklə nəzərdə tutulmuş şərtlər və tərəfdaşların razılığı çərçivəsində ötürə bilər.

7.2 Əldə edilən fərdi məlumatlar qanunla şirkətdən tələb olunduğu hallarda müvafiq dövlət qurumlarına ötürülə bilər.

7.3 Şirkət hər hansı qanun pozuntusuna dair şübhə ilə qarşılaşarsa, qanunsuz fəaliyyətin qarşısının alınması və tərəfdaşların fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün bəzi informasiyaları müvafiq dövlət qurumları ilə paylaşa bilər.

8. Yığılmış Məlumatların məhv edilməsi

8.1 Tərəfdaşlar xidmətlərdən istifadə etdikdən sonra fərdi məlumatların silinməsini şirkətdən tələb edə bilərlər. Bunun üçün tərəfdaşlar şirkət tərəfindən məlumat məqsədli yaradılmış elektron poçt ünvanına müraciət etməlidirlər. Müraciətdən sonra Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanunun 9.4-cü maddəsi çərçivəsində tərəfdaşlara aid bütün fərdi məlumatlar şirkətə aid serverlərdən silinəcəkdir.

8.1.1 Hüquqi tələblər əsasında bəzi məlumatlar, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə tərəfdaşların müraciətindən sonra da silinməyə bilər.

8.2 Şirkət tərəfdaşlara aid fərdi məlumatların təhlüksizliyinə dair şübhə və qüsur yarandığı hallarda, fərdi məlumatların mühafizəsi üçün ağlabatan bütün zəruri və qabaqlayıcı tədbirləri həyata keçirəcəkdir.

9. Dəyişikliklər

9.1 Şirkət hazırkı Siyasətə vaxtaşırı dəyişikliklər və əlavələr edə bilər. Bu dəyişikliklər edilməzdən öncə tərəfdaşların təqdim etdiyi əlaqə məlumatları və ya mobil tətbiq vasitəsilə əvvəlcədən bildiriş göndəriləcəkdir. Siyasətin yenilənmiş redaksiyası şirkətin platformasında yerləşdirildiyi gündən etibarən 3 (üç) təqvim günü ərzində qüvvəyə minmiş hesab olunur.

9.2 Siyasət yenilənmiş redaksiya ilə dərc edildikdən sonra, tərəfdaş tərəfindən platformanın istifadəsi onun bütün dəyişiklikləri qəbul etməsi hesab edilir. Tərəfdaş verilən dəyişikliklərlə razılaşmırsa, platformaya girişdən imtina etməli, platformanın materialları və xidmətlərindən istifadəni dayandırmalıdır.

10. Şirkət ilə necə əlaqə saxlamaq olar?

10.1 Tərəfdaşlar əlavə məlumat üçün və ya bu Məxfilik Siyasəti ilə bağlı yaranan hər hansı bir sual üçün şirkətin təqdim etdiyin elektron poçt ünvanı və əlaqə telefonu vasitəsilə şirkət ilə əlaqə saxlaya bilərlər:

* Mən Məxfilik Siyasətini oxudum və qəbul edirəm