Qaydalar və Şərtlər
1. Giriş
"SİMİC APP" MMC (bundan sonra "Şirkət") AlfinX platforması (bundan sonra "platforma") vasitəsiylə onlayn Süni İntellekt və API həlləri (bundan sonra "xidmətlər") ilə müştərilərin problemlərinə innovativ həll yolu təklif edirik.
Bu Qaydalar və Şərtlər (bundan sonra "Qaydalar") sizin platformadan istifadənizi tənzimləyir. Platforma və Xidmətkərdən istifadə bu əhatəli Şərtlərə tabedir.
ZƏHMƏT OLMASA, BU İSTİFADƏÇİ ŞƏRT VƏ QAYDALARINI DİQQƏTLƏ OXUDUQDAN SONRA PLATFORMA VƏ XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ EDİN.
2. Nə təklif edirik?
Platforma vasitəsiylə siz xidmətlərimizdən həm platforma həm də platformadan kənar (API inteqrasiyası ilə) istifadə edə bilərsiniz.
3. Qaydalarımızda dəyişikliklər
Şirkət platforma vasitəsilə İstifadəçiyə məlumat verməklə bu Şərt və Müddəalara və ya digər əlaqəli məzmunlara birtərəfli qaydada dəyişikliklər edə bilər. Biz belə dəyişikliklər barədə İstifadəçiləri 5 gün əvvəl məlumatlandırırıq. Bu məlumatlandırmadan sonra İstifadəçinin platformadan davamlı olaraq istifadə etməsi onun düzəlişlər edilmiş İstifadə Şərti və Qaydalarının qəbul etməsi kimi şərh olunacaqdır.
4. Qeydiyyat
Platformada qeydiyyatdan keçmək üçün İstifadəçi epoçt, telefon nömrəsi, ad və soyad kimi məlumatları daxil etməlidir.
Platformada öz şəxsi məlumatlarını qeyd etməklə İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun öz şəxsi məlumatlarının işlənilməsi və onlardan istifadə edilməsi ilə bağlı razılıq verir. Zəhmət olmasa, əlavə məlumat üçün Məxfilik Siyasətinə nəzər yetirəsiniz.
İstifadəçi Platforma ilə qeydiyyatdan keçdikdən sonra, bütün Xidmətlərimizdən yararlana bilər.
İstifadəçi platformada qeydiyyat prosedurunda verilmiş məlumatın dəqiqliyi və düzgünlüyünə görə cavabdehlik daşıyır.
İstifadəçi platformada onun Şəxsi Hesabı ilə həyata keçirilən bütün hərəkətlərə görə məsuliyyət daşıyır. Şirkətin Xidmətlərindən istifadə İstifadəçinin şəxsi hüququ hesab edilir və qeydiyyat məlumatlarını üçüncü tərəflərə ötürmək/açıqlamaq/təyin etmək qəti qadağandır. Istifadəçilər üçüncü şəxslərə Hesablarına giriş üçün icazə verməməlidirlər. İstifadəçilər müstəqil şəkildə Hesablarının məxfiliyini lazımi diqqət ayıraraq qorumalıdırlar. Şirkət İstifadəçinin belə hərəkətlərinə qarşı istənilən preventiv və cavab tədbiri görmə hüququna malik olacaq.
İstifadəçinin öz Şəxsi Hesabının təhlükəsizliyinə, yaxud üçüncü tərəflərin ondan icazəsiz istifadə etməsinə dair hər hansı şübhəsi olarsa, İstifadəçi bu barədə təyin edilmiş telefon nömrəsinə zəng etməklə şirkətə dərhal məlumat verməlidir.
5. Hüquqların ötürülməsi
Bütün materiallar, Xidmətlər, qrafika, məlumatlar, məqalələr, şəkillər, illusturasiyalar və Siz tərəfindən göndərilən müraciətlər və digərləri (bundan sonra "Məzmun") şirkətin müstəsna hüquqlarıdır və müvafiq qanunlar və qaydalar ilə qorunur.
6. Xidmət haqqında məlumat
Şirkət Platforması üzərində onlayn və inteqrasiya edilə bilən Süni İntellekt və API xidmətləri təklif edir. İstifadəçilər həm platforma üzərində həm də platformadan kənar (API inteqrasiya ilə) xidmətlərdən istifadə edə bilər.
7. Abunəlik
İstifadəçi platformada balansını artıraraq xidmətlərdən istifadə edə bilər. İstifadəçinin balansından istifadə olunan hər bir xidmətə görə ayrı ayrılıqda azalma olur. İstifadəçi həmçinin bəzi xidmətlərə abunə də ola bilər.
8. Qiymət
Bütün qiymətlər Azərbaycan valyutası (AZN/manat) ilə göstərilir və Əlavə Dəyər Vergisi məhsulun qiymətinə daxil edilir.
9. Ödəniş
Ödənişlər platforma üzərində üçüncü tərəf ödəniş provayderləri vasitəsiylə aparılır. Zəhmət olmasa, əlavə məlumat üçün Məxfilik Siyasətinə nəzər yetirəsiniz.
10. Şikayət hüququ
Xidmətlərlə bağlı şikayətlər və iddialar üçün, İstifadəçilər birbaşa olaraq şirkət ilə əlaqə saxlamalıdır. Bütün iddialar şirkət tərəfindən uyğun ən qısa zamanda baxılacaq.
11. Əqli Mülkiyyət
İstifadəçilər razılaşır ki, Şirkət Xidmətlər və əlaqəli hər şey (Platforma, Məzmun və sairə) üzərində müstəsna hüquqlara sahibdir. Siz Xidmətlərə əsaslanaraq və ya Xidmətləri hər hansı bir formada dəyişdirə, yenidən yarada, paylaşa, ötürə və ya ötürülməsi və ya satışında iştirak edə bilməzsiniz. Şirkət beləliklə Sizə şəxsi, məhdud, geri alına bilən, başqasına ötürülə bilməyən istifadə lisenziyası verir. Şirkət Sizə açıq şəkildə verilməyən bütün hüquqları özündə saxlayır.
Xidmətlər ilə göstərilən, icra olunan Məzmuna görə Siz bütün müəlliflik hüquqları bildirişləri, əmtəə nişanı qaydaları, data qaydaları və məhdudiyyətlərinə riayət edəcəyinizə söz verirsiniz. Siz Sizə məxus olmayan Məzmunu çoxaltmayacaq, paylaşmayacaq, icra etməyəcək, lisenziyalaşdırmayacaq, satmayacaq, kommersiyalaşdırmayacaq və ya hər hansı digər məqsəd üçün i) həmin Məzmunun sahibi tərəfindən əvvəlcədən alınmış razılıq olmadan və ya ii) başqalarının (həmçinin şirkətin) hüquqlarını pozan hərəkətlər etməyəcəksiniz.
Buna riayət etməməyiniz Hesabınızın bağlanması ilə nəticələnəcəkdir.
12. Mübahisələrin həlli
Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Bu Şərtlər və Qaydalardan irəli gələn istənilən mübahisə Tərəflərin qarşılıqlı razılaşması əsasında həll edilir. Əgər Tərəflər qarşılıqlı razılaşma əsasında hər hansı mübahisəni həll olunmazsa, belə mübahisə(lər) Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcək.
Bu Şərtlərin hər hansı bölməsi səlahiyyətli yurisdiksiya məhkəməsi tərəfindən hər hansı səbəbə görə etibarsız və ya icra edilə bilməz hesab edilərsə, bu hissə tərəflərin niyyətini əks etdirmək üçün dəyişdiriləcək və bu Şərtlərin qalan hissəsi toxunulmaz qalaraq qüvvədə qalacaq.
13. Fərdi Məlumatların Qorunması
Fərdi məlumatların təhlükəsizliyi fəaliyyətimizin ən əhəmiyyətli hissələri biri olduğu üçün fərdi məlumatların qorunması məqsədi ilə qanunvericiliyə uyğun olaraq mümkün olan bütün təhlükəsizlik tədbirlərini həyata keçirilir.
İstifadəçilər razılaşır və icazə verir ki, Xidmətlərimizin keyfiyyətini artırmaq üçün, onlara məxsus olan fərdi və digər məlumatlarını marketing, məlumatların analitikası məqsədləri üçün istifadə edilsin.
Fərdi məlumatlar üçüncü tərəfə ötürülmür və satılmır.
Məxfilik Siyasətinə daxil olaraq məlumatları necə istifadə etməyimiz, saxlamağımız və qorumağımız barəsində daha çox öyrənə bilərsiniz.
14. Məxfilik
Tərəflər təsdiq edir ki, bu Müqavilənin mövcudluğu və onun şərtləri və Müqavilənin hazırlanması və icrası ilə bağlı tərəflər arasında mübadilə olunan istənilən şifahi və ya yazılı məlumatlar məxfi məlumat hesab olunur. Hər bir Tərəf aşağıdakılar istisna olmaqla bütün belə məxfi məlumatların gizliliyini qorumalı və qarşı Tərəfin yazılı razılığı olmadan belə məxfi məlumatları üçüncü tərəflərə açıqlamamalıdır: (a) məlumat ictimaiyyət üçün açıqdır və ya açıq olacaqdır (alan tərəfin məlumatları qanunsuz olaraq açıqladığı hal istisna olmaqla); (b) məlumatların mövcud qanunlara və ya göstərişlərə uyğun olaraq, və ya məhkəmə və digər dövlət orqanının qərarı ilə açıqlanması mütləq tələb olunur; və ya (c) Tərəfin hər hansı birindən bu Müqavilə üzrə edilən hər hansı əməliyyatlarla bağlı olan belə məlumatları səhmdarlarına, investorlarına, hüquqşünaslarına və ya maliyyə məsləhətçilərinə açıqlanması tələb olunur bir şərtlə ki, belə səhmdarlar, investorlar, hüquqşünaslar və ya maliyyə məsləhətçiləri bu maddədə göstərilən məxfilik öhdəliklərini daşımış olsun.
Hər hansı məxfi məlumatın heyət üzvləri və ya Tərəflərin cəlb etmiş olduğu hər hansı agentliklər tərəfindən açıqlanması həmin Tərəfin həmin məlumatları açıqlaması hesab olunur və buna görə həmin Tərəf Müqaviləni pozduğunda görə məsuliyyətə cəlb olunur. Bu maddə Müqaviləyə xitam verildikdən sonra da qüvvədə qalır.
15. Fors Major
Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi fors major hallarından biri üçün mümkün olmazsa, öhdəliklərini yerinə yetirməyən Tərəf məsuliyyət daşımır. Bu cür üzrlü gecikmə yaranarsa, bu cür öhdəliklərin icra müddəti gecikmə nəticəsində itirilən vaxta bərabər müddətə uzadılır. Bu müddəaya istinad edən Tərəf fors major halı yarandıqdan sonra praktiki cəhətdən mümkün qədər tez (a) qarşı Tərəfə fors major halının xarakteri və miqyası barədə yazılı bildiriş verir və (b) istənilən belə səbəbləri aradan qaldırmaq və mümkün qədər tez Müqavilə üzrə öhdəliklərinin icrasını bərpa etmək üçün kommersiya baxımından ağlabatan səylər göstərir.
Fors major hallara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin bu Şərtlər və Qaydaların şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər aid edilir.
Tibbi, ailəvi problemlər və İstifadəçi ilə əlaqədar digər hallar fors major hesab olunmur.
16. Digər Şərtlər
Bu Şərtlər və Qaydalar predmeti üzrə Tərəflər arasında tam razılaşmanı əks etdirir və istənilən əvvəlki şifahi və ya yazılı razılaşmaları, təqdimatları və ya bəyanatları əvəz edir.
Bu Şərtlər və Qaydaların hər hansı müddəasının icraedilməz və ya etibarsız olduğu aşkar edilərsə, həmin müddəa lazım olan minimum həddə məhdudlaşdırılacaq və ya ləğv ediləcək və bu Şərtlər və Qaydaların digər müddəaları tam qüvvədə qalacaq.
17. Suallar
Bu şərtlərlə bağlı sorğular üçün Platformada təqdim olunan əlaqə seçimlərimiz vasitəsilə bizimlə əlaqə saxlayın.